İranda Mahsa Amini adlı gənc qızın ölümü ilə bağlı baş verən iğtişaşlar və etiraz aksiyaları tamamilə ABŞ, İngiltərə, İsrail və Səudiyyə Ərəbistanının kəşfiyyat xidmətləri tərəfindən planlaşdırılıb və həyata keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının birgə bəyanatında deyilir.
“Mövcud məlumatlara görə, Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu (iğtişaşlarda) böyük rol oynayıb və Britaniyanın xarici kəşfiyyat xidməti, İsrailin xarici kəşfiyyat xidməti (Mossad) və Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrin kəşfiyyat xidməti xarici dövlətlərlə sıx əməkdaşlıq edib". - bəyanatda deyilir.
İranda bir aydan çoxdur ki, başlayan iğtişaşlar davam edir. Etiraz və iğtişaşlar əsasən Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran və Kürdüstan əyalətlərində baş verir. İran hakimiyyəti Qərb ölkələrini öz KİV-lərində təxribatçı, anti-İran xarakterli mesajlar yayan, habelə İranda hakimiyyəti devirməyə çağıran aksiyaları dəstəkləməkdə ittiham edir. İğtişaşçılar sistematik şəkildə təhlükəsizlik qüvvələrinin üzvlərinə - polisə, SEPAH-a və onun Bəsic strukturuna hücum edir və onları öldürürlər.
Gültəkin Ələsgər