“Sevgi” filmi ilə tanınan bolqariyalı məşhur aktrisa Violeta Doneva Sofiyadakı mənzilində qətlə yetirilib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 79 yaşlı aktrisanın meyiti Donevanın bir neçə gündür telefonlarına cavab verməməsi barədə qohumlarının şikayətindən sonra polis tərəfindən aşkarlanıb. Ulduzun bədənində zorakı ölüm əlamətləri tapılıb. Hazırda əsas şübhəli aktrisanın psixi pozğunluğu aşkarlanan yaxın qohumlarından biridir.
Qeyd edək ki, Donevanın oynadığı "Sevgi" filmi 1973-cü ildə VIII Moskva Beynəlxalq Film Festivalının Qızıl Mükafatını qazanıb