“Russia Today” media qrupunun Simferopoldakı regional bölməsinin rəhbəri Svetlana Babayeva hərbi idman atıcılığı üzrə məşq edərkən bədbəxt hadisə nəticəsində həlak olub.
"Unikal" xəbər verir ki, o, 2004-2006-cı illərdə “RİA Novosti”nin Böyük Britaniyadakı nümayəndəliyinə rəhbərlik edib, 2008-2012-ci illərdə isə agentliyin ABŞ-dakı bürosunun baş redaktoru olub.
S.Babayeva həmçinin “Moskva News” qəzetinin baş redaktorunun müavini, “Profil” jurnalının baş redaktoru işləyib.