Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Elcan  Əhmədovun yüksək sürətlə idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə ağaca çırpılıb daha sonra isə yol kənarındakı iaşə obyektinə daxil olub.

Qəza nəticəsində sürücü ağır xəsarətlərlə rayon mərkəzi xəstəxanası aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır .

Tural Əhmədov