Ermənistan Müdafiə Nazirliyi İran PUA-ları alıb-almaması ilə bağlı sorğunu cavablandırmaqdan imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyinə İrəvanın İran PUA-larının alınması ilə bağlı müraciət edib-etmədiyini, belə bir ehtimalı nəzərdən keçirib-keçirmədiyi, həmçinin Ermənistanın İslam Respublikasında pilotsuz təyyarələrin və digər silahların alınması yolunda hər hansı maneə görüb-görmədiyi barədə sual ünvanlanıb.
Ermənistan MN “dövlət, xidmət, bank, kommersiya sirri”, həmçinin “məxfi hərbi informasiya” qərarlarını əsas gətirərək, suala cavabdan imtina edib.
Qeyd edək ki, İrandan PUA alınıb-alınmadığı haqda sorğuya cavab olaraq İranın Qafandakı baş konsulu Abidin Varamin bu barədə Ermənistan MN-ə müraciət etməyin lazım olduğunu bildirmişdi.