Rusiya 16 ballistik raket daşıya bilən nüvə sualtı qayığını sınaqdan keçirib.
"Unikal" xəbər verir ki, rusiyalı general Nikolay Yevmenov Rusiya nizami donanmasının yaradılmasının 326-cı ildönümü ilə bağlı çıxışında ən yeni nüvə enerjili strateji sualtı “Generalissimo Suvorov”un sınaqdan keçirildiyini bildirib.
Hərbi Dəniz Qüvvələrinin rəisi bildirib ki, sualtı qayıq Severodvinsk şəhərində Rusiyanın ən böyük gəmiqayırma müəssisəsi olan "Sevmaş" müəssisəsində tikilib.
Gülayə Mecid