Estoniya Rusiya ilə sərhəddə qorunan ərazini 10 metrdən 300 metrə qədər genişləndirmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə ERR telekanalı məlumat yayıb.

“Biz başa düşdük ki, indiki qaydalar artıq bu sərhədi yaxşı mühafizə etməyə imkan vermir, bütün sərhəd infrastrukturunu on metr məsafədə yerləşdirmək, patrul etmək, orada normal müşahidə mövqeləri yaratmaq mümkün deyil”, - deyə sərhəd rəisi Janek Maqi bildirib.

O əlavə edib ki, dəyişikliklərdən sonra bütün sərhəd zolağı hamarlanacaq və qadağan olunmuş zonalar aydınlaşacaq.

Gültəkin Ələsgər