Türkiyənin məşhur "Altın kelebek" mükafatlarından namizədliyini geri çəkənlər sırasında daha bir müğənni yer alıb.
"Unikal" xəbər verir ki, sənətçi Tan Taşçı bu barədə İnstaqram hesabında məlumat verib:
"Namizəd göstərildiyim "Altın kelebek" mükafatından dünya görüşüm və mükafatlandırma mərasimini kifayət qədər müstəqil və etik görmədiyim üçün geri çəkildiyimi bildirmək istəyirəm".