Britaniyalı məşhur aktyor Timoti Simon Rotun musiqiçi oğlu xərçəng xəstəliyindən dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə aktyorun özü açıqlama yayıb. O, 25 yaşlı oğlu Kormakun oktyabrın 16-da xərçəngdən öldüyünü bildirib.
Rotun sözlərinə görə, bir il əvvəl oğlana III mərhələdə mikrob hüceyrə xərçəngi diaqnozu qoyulub.
Qeyd edək ki, musiqiçi olan Kormak 2021-ci ilin noyabrında diaqnoz qoyulduqdansonra müalicəyə başlasa da, artıq apreldə eşitmə qabiliyyətinin yarısını və 60 kiloqram çəki itirmişdi.