Türkiyəli məşhur müğənni Sinan Akçıl keçmiş "Survivor" yarışmaçısı Aleyna Kalaycıoğlu ilə eşq yaşayır.
"Unikal" haberler.com-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Belə ki, Sinan ötən həftələrdə keçmiş həyat yoldaşı Burcu Kıratlının “Aleyna daha əvvəl anası ilə Sinanın yanına mahnı istəməyə gəlmişdi, ona “qardaş”deyirdi" açıqlamasını təkzib edib.
Həmçinin, müğənni özündən 16 yaş kiçik Aleyna Kalaycıoğlu ilə münasibətindən danışıb:
"Aleyna bir dəfə anası ilə gəlmişdi. Heç qardaş kimi bir söz demədi. Burcu yalan danışır. Sevgi xəbərləri məni narahat etmir. Bəli, doğrudur, gözəl münasibətə başlamışıq. Çox xoşbəxtik. Aleynanın istedadlı və çalışqan bir qız olduğu üçün hər zaman arxasındayam".
Gülayə Mecid