Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Dubayda qəzaya düşüb.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, Hüseyn adrenalin yaşamaq üçün yüksək sürətdə "kvadrasikl" idarə edərkən qəza keçirib.
Hadisə nəticəsində Hüseyn sol ayağından ciddi xəsarət aldığını bildirib.. Orada onun ayağının sındığı aşkar olunub. Travmatoloq tərəfindən Hüseynə ilkin tibbi yardım göstərilib və ayağına gips qoyulub.
O, sosial şəbəkə hesabında sonda klinikaya ödəməli olduğu çekin fotosunu yayımlayıb. Məbləğ isə 4,741 dollar (təxminən 8059 manat) olub.