Türkiyəli müğənni Ajda Pekkan evində bədbəxt hadisə ilə üzləşib.
"Unikal" xəbər verir ki, 76 yaşlı müğənni yıxılaraq, omba sümüyünü sındırıb. Qısa zamanda pop ulduz xəstəxanaya çatdırılıb və təcil əməliyyata alınıb.
Hazırda Pekkanın səhhətinin yaxşı olduğu bildirilir. Hadisədən sonra müğənninin meneceri sosial şəbəkə hesabında Ajdanın noyabrdakı bütün konsertlərinin ləğv edildiyini açıqlayıb.