Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin ikinci dəfə evlənməsindən danışıb.
"Unikal" xəbər verir ki, müğənni "Maqazin plus" proqramında gəlininin ünvanına təriflər yağdırıb:
"Alın yazısına, qismətə inanıram. Bu həyatı imtahan kimi görürəm. Allah bizi bundan betər imtahana çəkməsin. İnsan alnına yazılan taleyi yaşamalıdır. Kərim ikinci dəfə ailə həyatı qurdu. Əsas xoşbəxt olsun. Mən də, o da razıdır. Oğlumun xoşbəxtliyi mənim xoşbəxtliyimdir".