Dünyaca məşhur aktrisa Kristina Aplgeyt dağınıq skleroz xəstəliyinə görə əziyyət çəkdiyini açıqlayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, aktrisa bu xəstəliyə düçar olandan çəkisinin de artdığını deyib:
"Təxmini 20 kiloqram kökəlmişəm, əsasız gəzə bilmirəm".
Qeyd edək ki, Christina Applegate daha öncə də xərçəng xəstəliyindən əziyyət çəkib.