54-cü Avroviziya Mahnı Müsabiqəsində birlikdə yarışan norveçli müğənni Aleksandr Rıbak və Hadisənin duet oxuyacağı bildirilib.
"Unikal" xəbər verir ki, bu barədə Aleksandr Rıbak "Focus Eurovision"a müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın günlərdə Türkiyəyə səfər edəcək:
"Gələn həftə İstanbula gəlib Hadisə ilə görüşəcəyəm. Hadisə ilə sürpriz layihəyə imza atacağıq".
Qeyd edək ki, 2009-cu ildə keçirilən "Eurovision"da Türkiyəni təmsil edən müğənni Hadisə "Düm Tek Tek" mahnısı ilə 4-cü yerdə, Norveç adına mübarizə aparan Aleksandr Rıbak isə "Fairytale" 387 xalla birinci yerdə qərarlaşıb.
Gülayə Mecid