Səhhətindəki problemlərə görə ekranlardan uzaq qalan məşhur şoumen Mehmet Ali Erbil "TikTok"dakı canlı yayımı ilə gündəmə gəlib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, yayım zamanı məşhur futbolçu Kristiano Ronaldo ilə danışdığını düşünən Erbil saxta hesabla aldadılıb.
Belə ki, Erbil Ronaldo ilə danışdığına görə sevinib. Hətta o, tamaşaçılardan gələn xəbərdarlıqları belə oxumayıb və aldandığını anlamayıb.
Şoumenin videosu sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.