Türkiyəli aktrisa Hazal Kayanın məhkəməsi başa çatıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Göktürkdə kirayələdiyi evdən kif qoxusu gəldiyi üçün ev sahibindən yaşayış yerinin təmir etdirilməsini tələb edib.
Ev sahibi məhəl qoymadığı üçün Kaya şikayətçi olub. Aktrisa 7 aylıq kirayə haqqını geri istəyib və məhkəməni qazanıb.