Türkiyənin "Star" kanalında yayımlanan "Duy beni" serialı final qərarı alıb.
"Unikal" xəbər verir ki, buna səbəb ekran işinin reytinqdə gözlənilən nəticəni verməməsi olub. Belə ki, serial dekabrın 1-də 22-ci bölümü ilə izləyicilərə vida edəcək.
Qeyd edək ki, ekran işində baş rolları aktyorlar Rabia Soytürk, Caner Topçu, Helin Kandəmir, Burak Can, Sümeyye Aydoğan canlandırır.