Moskvanın Xersona təyin etdiyi Rusiya administrasiyası rəhbərinin müavini Kirill Stremousov Xerson vilayətində öldürülüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya mediası onun yol qəzasının qurbanı olduğunu yazsa da, Stremousovun Ukrayna ordusunun əks hücumu zamanı öldürüldüyü dəqiqləşdirilib. 

xxx

17:22

Rusiyanın ilhaq etdiyi Xerson vilayəti rəhbərinin müavini dünyasını dəyişib. 

"Unikal" xəbər veirr ki, bu barədə Kirill Stremousovun şəxsi sürücüsü məlumat verib.

Məlumata görə o, Xerson vilayətinin Geniçesək bölgəsində qəzaya düşüb. 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Ağarza Elçinoğlu