Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
Avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov