Rusiya Moldovanın bu ölkədəki səfirliyinin əməkdaşını "persona non-qrata" elan edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Moldovanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri L.Dariy Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq nota təqdim edilib.
Qeyd olunub ki, bu tədbir cari ilin noyabrın 1-də Moldova tərəfinin Rusiya səfirliyinin əməkdaşının “persona non-qrata” elan edilməsi ilə bağlı qərarına cavab olaraq görülüb.