Son zamanlar qəribə hərəkətləri, kobud səhvləri ilə gündəmdə olan ABŞ prezidenti Co Bayden yenidən diqqət çəkib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mətbuat konfransında çıxış edən Bayden rus ordusunun Ukraynada ilhaq edilən Xersondan çəkilmə qərarını şərh edib. 

Belə ki, o, Xersonun yerinə  İraqın Fəlluc şəhərinin adını çəkib. 

"Rusiya Fəllucədən çəkilir...Yəni Xerson şəhərindən",-  deməsi zalda insanların gülüşünə səbəb  olub. 

Seymur Əli