"Hazırda Azərbaycanda 960-dan çox məktəb yararsız və ya qismən yararsız vəziyyətdədir".

"Unikal" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

Nazir müavini bildirib ki, həmin məktəblərdən 434-ü yararsız vəziyyətdədir: “Həmin məktəblərin təmiri və ya tikintisi üçün təxminən 3 milyard manatdan artıq vəsait lazımdır. Təbii ki, təmir işləri daim mərhələli şəkildə həyata keçirilir. Hər il təxminən 100-dən artıq məktəb ya təmir olunur, ya da yenidən inşa edilir. Bu məsələ daim diqqət mərkəzindədir və prioritet istiqamətlərdəndir”.