"Azərbaycanda nadir hallarda rast gəlinən ixtioz (kəpənək) xəstəliyi üzrə dövlət proqramı hazırlanır".

"Unikal" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, aparılan təhlillərə əsasən, ölkədə hazırda 300-400 belə xəstə qeydiyyatdadır:

“Bu xəsətliyin artmaması üçün mütləq dövlət proqramına zərurət var. Dövlət proqramı hazırlanaraq Maliyyə Nazirliyi və aidiyyəti dövlət qurumlarının razılışmasına təqdim ediləcək”.