"Bakıda ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında əsas səbəblərdən biridir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, əsas iş yerləri, təhsil müəssisələri, səhiyyə, ticarət obyektləri əsasən Bakının 3-4 faizlik hissəsində formalaşıb:

“Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi ərazisi Bakının ərazisinin cəmi 4 faizini təşkil edir, amma paytaxt əhalisinin 28 faizi burada toplaşıb. Ona görə də ictimai nəqliyyatın qeyri-effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Eyni zamanda yeni binaların tikintisi zamanı parkinq yerlərinin nəzərə alınmaması bu problemin yaranmasında önəmli rol oynayır”.