Noyabr ayının 12-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Valideynlərlə görüş" keçirilib. 

"Unikal" xəbər verir ki, "Maliyyə-iqtisad" və "Sosial iş" fakültələrində I tədris ilində təhsil alan tələbələrin valideynləri təhsil müəssisəsinə dəvət edilib. 

Valideynləri salamlayan AƏSMA rektoru prof. Hüseyn Qaraşov bildirib ki, Akademiyada tələbələrlə və onların valideynləri ilə görüşlərin keçirilməsi ənənəvi xarakter daşıyır. Bu görüşlərdə əsas məqsəd bir sıra məsələləri müzakirə etmək, qarşılıqlı fikir mübadiləsi aparmaqdır. Rektor Hüseyn Qaraşov I tədris ilində təhsil alan tələbələrin tədrisə prosesinə uyğunlaşmaları, təlim-tərbiyə, sosiallaşma ilə bağlı tələbələrlə ünsiyyətin qurulması haqqında danışıb. Tələbələrin bilik və savadla yanaşı, həm də bacarıqlarının formalaşması istiqamətində işlərin aparıldığını nəzərə çatdırıb. 
 
Görüşdə valideynlər övladlarının uğurları, çətinlikləri barədə məlumatlandırılıb, qiymət göstəriciləri hər iki fakültə dekanları tərəfindən valideynlərə təqdim olunub, birlikdə müzakirələr aparılıb və tövsiyələr verilib. Bundan əlavə, valideynləri maraqlandıran suallar da cavablandırılıb. 

Görüşün sonunda valideynlər yaratdıqları şəraitə görə AƏSMA rəhbərliyinə təşəkkürlərini bildiriblər.