Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Creative Spark Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində “Turizm sahəsində biznes ideyaların inkişafı”  mövzusunda mühazirə saatı təşkil edilib.

"Unikal" xəbər verir ki, British Councilin tərəfindən maliyyələşdirilən və  Londonlu mütəxəssis Dr. Jithendran Kokkranikalın tərəfindən keçirilən mühazirə saatında moderator,o cümlədən biznes ideyalarının inkişafına dair rəy və təkliflərinin iştirakçılarla bölüşə bilməsindən məmnun qaldığını deyib.

Beləliklə, biznes bacarıqların təkmilləşdirilməsi və yaradıcı iqtisadiyyatın inkişafını şərtləndirən proqram çərçivəsində tərəfdaş ali təhsil müəssisəsi- Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU)  tələbə-müəllim kontengenti sahibkarlıq istiqamətli fənlərin tədrisi və mənimsənilməsini şərtləndirən yeni yanaşmalardan məlumatlı olublar.