Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının əsgərləri Türkiyənin İsparta şəhərində hərbi təlimlər keçirir.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi paylaşım edib.

Paylaşımda deyilir:

“Birik, bərabərik və güclüyük!

Türk dövlətlərinin qardaş hərbçiləri İspartada bir araya gəlib. Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan və Qırğızıstan ordularının hərbçiləri “21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu” çərçivəsində təlim keçirlər”.