Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, tərəflər həm ikitərəfli, həm də regional məsələləri müzakirə ediblər.
Bu kontekstdə Cənubi Qafqaz regionunda atmosferin yaxşılaşdırılması və bu istiqamətdə müvafiq addımların atılması vurğulanıb.