“Böyük Qayıdış layihəsi bilavasitə Prezidentin nəzarətində olduğuna görə hər şey sürətlə, yüksək səviyyədə həyata keçirilir. Qarabağda Azərbaycanın çox mühüm su ehtiyatları bizə qaytarılıb. Hər şey düzgün görülür, lakin biz bunu bütün Azərbaycanda həyata keçirilməliyik”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Asim Mollazadə deyib.

O bildirib ki, dünyada su qıtlığı ən əsas problemə çevriləcək: “Köhnə sovet texnologiyaları Azərbaycanın su resurslarının məhvinə, ölkədəki çayların qurumağına səbəb olur. Eyni zamanda çayların təmizlənməsi ilə bağlı müəyyən vəsaitlər nəzərdə tutulmalıdır”.

Anar Kəlbiyev