Qətərdə keçirilən dünya çempionatının açılış oyunu başa çatıb. 

"Unikal" xəbər verir ki, turnirin ilk matçında meydan sahibi Qətərlə Ekvador qarşılaşıb. 

A qrupu çərçivəsində keçirilən oyun Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Hər iki qolu Enner Valensiya vurub. Hücumçu 16 və 31-ci dəqiqələrdə fərqlənib. 

Qeyd edək ki, A qrupunun digər matçı sabah keçiriləcək. Seneqal Niderlandla qarşılaşacaq. 

21:16

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda ikinci hissə başlayıb. 

"Unikal" xəbər verir ki, matçın ilk 45 dəqiqəsi Ekvadorun Qətər üzərində 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. 

Hər iki qolu Enner Valensiya vurub. 

20:22

Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab açılıb. 

"Unikal" xəbər verir ki, qarşılaşmanın 16-cı dəqiqəsində Ekvador hesabı açıb. 

Belə ki, meydan sahibi Qətərin qapıçısı Əl Şib Enner Valensiyaya qarşı cərimə meydançasında kobud oynayıb.

İtaliya hakim Daiel Orsato penalti təyin edib. Zərərçəkən özü 11 metrlik nöqtədən dəqiq oynayıb. 

Hazırda Ekvador qalib gəlir - 1:0.

10:00

Bu gün DÇ-2022-yə start veriləcək.

"Unikal" xəbər verir ki, Qətərdə təşkil olunan futbol bayramının ilk günündə bir oyun keçiriləcək.
Mundialın açılış qarşılaşması meydan sahiblərinin iştirakı ilə baş tutacaq. Yarışa təşkilatçı ölkə təmsilçisi kimi qatılan Qətər Ekvadorla üz-üzə gələcək.

Asiya və Cənubi Amerika təmsilçiləri A qrupunda yer alıb. Bu “dördlüy”ün sabah baş tutacaq ikinci görüşündə Niderland və Seneqal qarşılaşacaq.

Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.