Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə məktub ünvanlayıb.
"Unikal" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevi, YAP üzvlərini və bütün Azərbaycan xalqını təbrik edərək, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu partiyanın Azərbaycan dövlətinin inkişafı istiqamətində böyük xidmətlərinin olduğunu vurğulayıb.
“Torpaqlarını işğaldan azad edərək, bölgəsinin parlayan ulduzuna çevrilən Azərbaycan bu gün bütün türk dünyasının ilham mənbəyidir. Türkiyə ilə Azərbaycan arasında müstəsna əlaqələrə əsaslanan və Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə yüksələn əməkdaşlığımız və həmrəyliyimiz gələcəkdə də getdikcə daha çox davam edəcəyinə tam inanıram. Əminəm ki, YAP Azərbaycanın çiçəklənməsi, dünyada öz mövqelərinin möhkəmlənməsi naminə fəaliyyətini uğurla davam etdirəcək”, - deyə məktubda qeyd olunub.