Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və İtaliya Respublikasının Romualdo Del Biancho Fondu arasındakı  əməkdaşlıq mexanizmi gündən-günə möhkəmlənir.

"Unikal" xəbər verir ki, Azərbaycan və İtaliyanın mövcud təhsil istiqamətli əlaqələrinin yenidən qurulması və inkişafı isə  prioritet vəzifə olaraq qalmaqdadır.

Təsadüfi deyil ki,Romualdo Del Biancho Fondunun təşkilatçılığı ilə müxtəlif vaxtlarda keçirilən beynəlxalq tədbirlərdə hər zaman ATMU-nun təmsilçilik hüququ diqqətdə saxlanılır. Adıkeçən qurum tərəfindən bu il noyabr ayının ikinci ongünlüyündə təşkil edilən onlayn tədbirə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri “Şuşa – Azərbaycanın mədəni irsinin simvolu” adlı təqdimatla qatılılar.Beynəlxalq tədbir iştirakçıları tələbələrin toplayıb- hazırladıqları məlumatlar əsasında  Şuşa şəhərinin tarixi, turizm potensialı, mədəni irsi və görməli yerləri ilə qiyabi tanış olmaq imkanı qazanıblar. 

Onu da qeyd edək ki, ATMU tələbələrinin beynəlxalq tədbirdə”Şuşa-Azərbaycanın mədəni irsinin simvolu”adlı təqdimat-çıxışı Azərbaycan Respublikasının   Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənib.