Xəbər verdiyimiz kimi, ötən gün Türkiyədə teatr aktyorlarını daşıyan mikroavtobusun qəzaya düşməsi nəticəsində 3 nəfər həyatını itirib.
"Unikal" xəbər verir ki, qəzada həyatını itirənlərdən biri də işıq dizayneri Tolqa Güleryüzdür. O, tanınmış aktrisa Zeynep Gülmezin keçmiş həyat yoldaşı olub.
Belə ki, sosial media hesabından kədərini paylaşan aktrisa "Mən səni bağışladım, səndə məni bağışla!" ,- deyərək izləyicilərin diqqətini çəkib.
Qeyd edək ki, Gülməz 2015-2017-ci illər arasında Tolga Güleryüzlə evli olub.