Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziya ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, paylaşımda deyilir:
“Qərbi Yavada, İndoneziyada baş verən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin gündə dost və qardaş İndoneziyanın yanındadır”.