Türkiyəli aktrisa Burçin Terzioğlunun başına iş gəlib.
"Unikal" xəbər verir ki, aktrisa ötən gün evində pilləkəndən yıxılaraq sol ayağının barmağını sındırıb. Bu, ötən gün tədbirlərdən birinə qatılan Burçinin ayağının gipsdə olması ilə ortaya çıxıb. O, bu vəziyyətin hələ 3 həftə davam edəcəyini deyib.
Qeyd edək ki, Burçin yaxın zamanda yayımlanması planlaşdırılan "Zehirli sarmaşık" serialında rol alacaq.