Türkiyədə yayımlanması planlaşdırılan "Çöp adam" serialı ilə bağlı dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, 23 noyabrda təqdim olunması gözlənilən ekran işinin yayım günü təxirə salınıb. Buna səbəb isə ehtiyat bölümlərin çəkilməməsi olub. Buna görə, serial noyabrın 30-da "Star" tv də izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, ekran işinin baş rollarını Engin Altan Düzyatan və Elçin Sangu canlandıracaq.