Türkiyəli məşhur müğənni Hadisə bir müddətdir onun haqqında müxtəlif iddialar səsləndirən aparıcılar Bircan Bali, Seren Serengil və Arto kimi tanınan Harutyan Dalğanın sözlərinə sərt reaksiya verib.
"Unikal" verir ki, Hadisə bu barədə "Instagram" hesabında açıqlama yayıb.
Belə ki, "Söylemesem" verilişinin şərhçilərindən Seren Serengil bir müddətdir Hadisə ilə Rza Zerrab arasında münasibət olduğunu iddia edir. O, həmçinin əlində sübutların olduğunu bildirir.
Bu iddiadan sonra Türkiyə Ailə və Sosial Siyasətlər Nazirliyi və RTÜK-ü işarələyərək paylaşım edən Hadisə vəziyyətə üsyan edib.
"Əvvəla mən qadınam, insanam. İl yarımdır ki, bir qrup tərəfindən təqib və təhdidlərə məruz qalmışam. Bu insanların dediyinə görə, neçə dəfə hamilə qalıb, abort etdirmişəm? Bütün təhdid və təqiblərə məruz qalan qadınlara mesajım budur: Susmayın! Təbii ki, Hadisə olmaq və məşhur olmaq çətindir. Məşhur adlar kimi diqqət mərkəzindəyik. Bu xoşunuza gəlsə də, xoşumuza gəlməsə də bu belədir. Məni tanıyırsınız, mən adətən danışmıram.Mən həmişə ədalətə güvənirəm. Amma bu dəfə deməyə sözüm var!
Mən musiqidən razı, işimi sevən, ailəmin qayğısına qalan insanam. Nə qədər istəsəniz, səhnədə olacam, mahnılarımı oxumağa davam edəcəyəm. Karyeramda heç kimlə polemikada olmamışam. Mənə ayaqlı Roberto Karlos deyənlər oldu, kök deyənlər oldu, daha çox danışıldı, amma həmişə susurdum. Mən heç vaxt polemikaya girməmişəm.
Əvvəla, mən qadınam, insanam. İl yarımdır ki, bir qrup tərəfindən təqib və təhdidlərə məruz qalmışam. Bu insanların dediyinə görə, mən neçə dəfə hamilə olmuşam, neçə dəfə abort etmişəm? Bu qrup ötən günlərdə oftalmoloqdan çıxarkən yenə abort etdirdiyini dedi. Bu adamlara görə mən məşuqə oldum, bu adamlara görə ağlınıza gələnlərin çoxuna məruz qaldım. Düz il yarımdır ki, bu adamlar tərəfindən şantaj olunuram. Bu insanlığa yaraşan bir şey deyil. Mən onların materialı deyiləm, insanam. Bu adamlar sözün əsl mənasında şəxsi həyatıma qəsd edirlər. Şantaj, hədə... Mən Hadisə olduğum üçün bunu asanlıqla edə biləcəklərini düşünürlər? Mən indi bütün qadınlara, ədliyyə nazirimizə, ədliyyə sistemimizə səslənirəm. Bu, şantajdır, təhdiddir, şəxsi həyatıma rəsmi təcavüzdür!
Hadisənin paylaşımına Serengilin cavabı gecikməyib. İddiasının arxasında dayanan Serengil səhər proqramında sübutlarını açıqlayacağını bildirib. Serengil açıqlamasında, "Ağ köynək, ağ səhifə, lütfən, biz qadınlar susmamaq üçün bütün əxlaqlı, ədəbli qadınları arxanıza almağa çalışmayın. Çünki siz o əxlaqlıların nümayəndəsi ola bilməzsiniz. Sizi heç kim şantaj etmir, təhdid etmir. Çünki sabah hər şey hər yerdə üzə çıxacaq deyə çaxnaşma vəziyyətindəsiniz. Çünki bu artıq əvvəllər ortaya çıxıb".