Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunub.

"Unikal" xəbər verir ki, iclasda həmin komitələrin sədrləri, siyasi partiyaların üzvləri iştirak ediblər.

Müzakirələrdən sonra layihənin yeni variantı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

***11:20

Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunur.

"Unikal" xəbər verir ki, müzakirələrdə Milli Məclisin komitə sədrləri, deputatlar iştirak edir.

Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-ə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib.

Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb.