“Qanun layihəsinin ayrı-ayrı müddəalarının müzakirəsi ilə vaxtınızı almaq istəmirəm. Mən bu qanun layihəsinə qarşıyam”.
"Unikal" xəbər verir ki, bunu REAL Partiyasının üzvü, deputat Erkin Qədirli Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Sadəcə xahiş edirəm ki, protokolda yazılsın ki, bu layihəyə qarşıyam. Plenar iclaslarda da əleyhinə səs verəcəyəm”, - deyə E.Qədirli bildirib.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli isə deputat bildirib ki, necə fikir bildiribsə, protokola elə də yazılacaq.