"Siyasi partiyaların cəmiyyətdə rolu artmalıdır. Etiraz etdilər ki, seçkilərdə iştirakla bağlı müddəa çıxarılsın. Bəs sən niyə siyasi partiyasan?! Seçkidə iştirak etməyəcəksənsə, necə partiyasan?!"
"Unikal" xəbər verir ki, bunu “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, Avropada seçkilərdə iştirak etməyən siyasi partiyaların fəaliyyətinə xitam verilir:
"Amma görün belə demokratik müddəanın bura salınmasına partiyalar razıdırmı? Maliyyə yardımı məsələsini dedilər. Faizlərin bölgüsü elə təəssürat yaratmamalıdır ki, hakim partiyaya üstünlük verilir. Bu, belə deyil. Parlamentdə təmsil olunan deputatların sayına görədir. Dövlət qulluqçularının siyasi partiyaların üzvü olmaması ilə bağlı qeyd olundu. Amma məntiqi başa düşə bilmədim. Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın?!", - deyə Z.Əsgərov qeyd edib.