"Müxtəlif ölkələrdə qadınları aktiv siyasi proseslərə, idarəetmə sistemlərinə cəlb etmək üçün kvotalar qoyulub. Bunu partiyalara məcbur etmək, imperativ norma kimi müəyyənləşdirmək müəyyən qüsurlara səbəb ola bilərdi".
"Unikal" xəbər verir ki, bunu deputat Zahid Oruc deyib. O bildirib ki, bu təşviq mexanizmi daha başqa addımlarla həyata keçirilə bilər:
“Biz zatən hüquqi, siyasi baxımdan Avropanın ayrılmaz parçasıyıq. Coğrafi baxımdan Şərq olsaq da, siyasi düşüncə baxımından Avropayıq. Bu baxımdan, qadınlarımızın gələcək ölkə həyatında iştirakında hər hansı bir problem yoxdur. Ona görə İşçi qrup tərəfindən bunun "Siyasi partiyalar haqqında" qanun layihəsinin predmetinə çevrilməyi də yanlış sayıldı”.