"AXCP və Müsavat partiyalarının rəhbərlərindən soruşmaq lazımdır ki, Şuşaya gediblərmi?"
"Unikal" xəbər verir ki, bunu deputat Zahid Oruc “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı keçirilən brifinqdə “qanun layihəsinin müzakirəsinə qatılmayan AXCP və Müsavat partiyası ilə hansısa təmas, müzakirələri mümkün sayırsınızmı?” sualını cavablandırarkən deyib.
“Xaricə getmək üçün pasportları olmasa da, daxildə hərəkət edə bilirlər. Daxildə hərəkət üçün pasport tələb olunmur. Məsələn, Əli Kərimli, Arif Hacılı Şuşada olubmu? Biz qanun layihəsinin müzakirəsi zamanı həmrəyliyi pozmamaq üçün qətiyyən demədik ki, bu torpaqlar 90-cı illərdə kimin ucbatından, günahından itirilibdir. Mən öz subyektiv fikrim olaraq bildirirəm ki, görüş üçün heç bir problem yoxdur”, - deyə Z.Oruc qeyd edib.