KTMT sammitində Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı vəziyyətin nizamlanması məsələlərini qısa müddət ərzində müzakirə etdiyini, rəsmi görüş zamanı bu işin davam etdiriləcəyini bildirib.
"Unikal" xəbər verir ki, Rusiya prezidenti Paşinyanla qısa fikir mabadiləsi apardığını bildirib.
“Biz artıq baş nazirlə (Paşinyan) qısa şəkildə fikir mübadiləsi aparmışıq. Bugünkü ikitərəfli görüşümüz zamanı, əlbəttə ki, daha ətraflı danışacağıq”, - Putin bildirib.
Qeyd edək ki, görüş yayımlanmır və mətbuata qapalı keçirilir.
Gültəkin Ələsgər