Naxçıvan MR DGK-nın rəisi Səhət Həbibbəyli ilə Naxçıvan MR maliyyə naziri Rafael Əliyev dünən 3-cü reyslə Bakıya gətirilib.
"Unikal" Ovqat.com-a istinadən xəbər verir ki, hər iki şəxs Naxçıvan gömrüyündə təsbit olunan korrupsiya faktları ilə bağlı DTX-da ifadə vermək üçün Bakıya gətirilib.
Qeyd edək ki, hazırda Naxçıvanın Maliyyə naziri vəzifəsində çalışan Rafael Əliyev 2020-ci ilin avqust ayına qədər Muxtar Respublika gömrüyünün maliyyə şöbəsinə baxırdı.