"Rayonlarda açılan istehsal müəssisələri subyektiv səbəblərdən fəaliyyətini dayandırır. 10 min nəfər içşisi olan müəssisələrdə formal olaraq 100 nəfər qalır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, özəlləşmə qiymətlərini aşağı salmaq lazımdır ki, iqtisadi həyat canlansın:
"İndi bizdə ərzaq məhsullarının qiyməti 60% bahalaşıb. Maaşı nə qədər artırırıq artıraq, vətəndaşın yaşamında bu özünü hiss etdirmir".
Anar Kəlbiyev