“Bu gün ölkədə 65 yaşa çatanların 60% fazi pensiya, yerdə qalanları isə sosial müavinət alanlardır. Bu da tam normaldır. Biz sosial sahəyə bağlı sistem yaratmışıq”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu gün bir qəpik də sosial sığorta ödəməyən, qeyri-formal çalışan və dövlətə hər hansı bir vəsait ödəməyənlə uzun ilər sosial sığorta haqqı ödəyən şəxsi eyniləşdirmək olmaz:
"Biz o zaman pensiya sistemini dağıdarıq və sığorta əsaslı pensiya sisteminə malik olmarıq".
Nazir eyni zamanda ömür uzunluğu və pensiya dövrü ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib: “Azərbaycanda pensiya dövrü 12 il olaraq hesablanır. Həmin müddət ərzində təqdim edilən zərflər çərçivəsində 68% pensiyaçı 12 ildən çox alır. Pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində bu gün effektiv pensiya yaşı 61 və 62-dir, 65 deyil. Bunu nəzərə almağınızı xahiş edirəm”.
Anar Kəlbiyev