Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyev Toivo Klaarla Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edib.