Bu günədək universal poçt xidmətləri göstərən “Azərpoçt” MMC klassik biznes profilini genişləndirərək karqo xidmətini istifadəyə verib.
"Unikal" xəbər verir ki vətəndaşların tələbatına əsasən yaradılmış “Post Cargo” xidməti ilə Türkiyənin elektron ticarət platformalarından sifarişlərin ünvana çatdırılması indi daha sərfəli tariflərlə mümkün olacaq.
1500-dək şöbəsi ilə bütün ölkəni əhatə edən “Azərpoçt”un yeni xidməti sayəsində artıq ən ucqar kənd və qəsəbələrin sakinləri də Türkiyənin onlayn alış-veriş saytlarından məhsulları rahat əldə edə biləcəklər. Belə ki, “Post Cargo” istifadəçilərindən sifarişlərin rayonlara çatdırılması üçün əlavə ödəniş tələb olunmur.
Müştərilərin rahat alış-veriş etmələri üçün “Post Cargo” xidmətinin mobil tətbiqi də istifadəyə verilib.
Qeyd edək ki, “Azərpoçt”un yeni xidməti ilə yaxın zamanda Amerika Birləşmiş Ştatları, Almaniya və digər ölkələrin elektron ticarət platformalarından da alış-veriş mümkün olacaq.
Maraqlananlar ətraflı məlumat üçün xidmətin https://www.postcargo.az veb-səhifəsinə daxil ola, mobil cihazlar üçün tətbiqi isə “Apple Store” və “Play Store”dan “postcargo” adı ilə axtarış edərək yükləyə bilərlər.
Mobil tətbiqi aşağıdakı linklərdən də yükləmək olar:
“Android”: https://play.google.com/store/apps/details?id=az.postcargo.user&pli=1
“iOS”: https://apps.apple.com/us/app/postcargo-az/id6444638412
Vurğulayaq ki, “Azərpoçt” biznes mühitində rəqabətliliyin inkişafı üçün bütün ölkəni əhatə edən poçt şəbəkəsindən digər sahibkarların da faydalanması üçün şərait yaradır. Qurum artıq uzun müddətdir ki, 5 karqo şirkəti ilə əməkdaşlıq edir və bunu davam etdirməyi planlaşdırır.