ABŞ prezidenti Co Bayden və ailəsi üçün Şükran Günü tətili zamanı Məxfi Xidmət tərəfindən icarəyə götürülmüş avtomobillər dayanacaqda yanıb.

"Unikal" xəbər verir ki, bu barədə “ Fox News” telekanalı məlumat yayıb .

Telekanalın məlumatına görə, Bayden ailəsi ilə birlikdə Şükran Günü və həftə sonlarını  Massaçusetsdəki Nantucket adasında keçirib. Onlar üçün Gizli Xidmət beş avtomobil icarəyə götürüb: Chevy Suburban, Ford Explorer, Infiniti QX80, Ford Expedition və Jeep Gladiator. Onların hamısı Amerika liderinin gedişindən bir gün sonra yerli hava limanının dayanacağında yanıb.

Qeyd olunur ki, yanğının səbəbləri hələlik məlum deyil.